Avtobus sürücülərinə qarşı reydlərdə çoxsaylı qayda pozuntuları aşkarlandı
Vaqif Əsədov: "Keçirilən reydlər zamanı 6 avtobus sürücüsünün avtobusu idarə etmək üçün kateqoriyasının olmadığı, 9 sürücüsünün isə ümumiyyətlə sürücülük vəsiqəsinin olmadığı üzə çıxıb"
Yol polisinin dünən Həsən Əliyev, Nüseyn Cavid prospekti,
metronun İnşaatçılar, 20 Yanvar və Koroğlu stansiyası
ətrafında apardığı reyd nəticəsində yol hərəkəti qaydalarını və
dayanma qaydalarını pozan avtobus sürücüləri barədə protokol tərtib
olunub. Bu məlumatı Mövqe.az-a Bakı Şəhər Dövlət Yol Polisi
İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov
verib. V. Əsədovun sözlərinə görə, reydlər zamanı 6 avtobus
sürücüsünün avtobusu idarə etmək üçün kateqoriyasının olmadığı
aşkarlanıb. 9 avtobus sürücüsünün isə ümumiyyətlə sürücülük
vəsiqəsinin olmadığı üzə çıxıb: "Dayanacaqdan kənar, ikinci
cərgədə, yolun hərəkət hissəsində dayanan avtobuslar da yol
polisləri tərəfindən saxlanılaraq barələrində protokol tərtib
olunub. Bir avtobusun isə içərisi sərnişinlə dolu yanacaq doldurma
məntəqəsinə daxil olduğu faktı aşkarlanıb. Reydlər zamanı avtobus
sürücülərindən birinin qırmızı işıqda keçdiyi, yol boyu qoşa xəti
kəsməklə qarşı hərəkət istiqamətinə daxil olma, 3 yolayrıcını keçmə
qaydasının pozulması faktları aşkarlanıb".
V. Əsədov aparılan reydlər zamanı taksi sürücülərinə qarşı da tədbirlərin görüldüyünü söylədi. Onun sözlərinə görə, avtobus dayanacağında taksi fəaliyyəti ilə məşğul olan 28 taksi sürücüsünə qarşı protokol tərtib olunub: "Onlardan dördünün ötən həftə bu qayda pozuntusuna görə, cərimələndiyi üzə çıxıb".
Qeyd edək ki, keçirilən reydlər sərnişinlər tərəfindən rəğbətlə qarşılansa da, yol polislərinin içərisi sərnişinlə dolu avtobusları ləngitməsi sərnişinlərin haqlı narazılığına səbəb olur. Dünən axşam saat 18:55 radələrində Həsən Əliyev küçəsində 133 saylı avtobusun yol polisi tərəfindən saxlanması sürücü ilə yol polisi arasında mübahisə yaratdı. Avtobusdan bu mübahisəni izləyən sərnişinlər 40 dəqiqədən çox sürücünün gəlməsini gözləmək məcburiyyətində qaldılar. Sərnişinlər yol hərəkəti və sərnişin daşınması qaydalarını pozan sürücülərə qarşı keçirilən reydi dəstəklədiklərini söyləsələr də, qayda pozuntusuna görə, yol polisi ilə sürücü arasında bu cür mübahisələrin yaranmasının onları ləngitdiyindən şikayətlənirdilər.
V. Əsədov isə qaydanı pozan sürücüyə protokol tətbiq etməyin cəmi 2-3 dəqiqə vaxt aldığını bildirir. Çünki protokolda yol polisi ancaq qaydanı pozan sürücünün ad soyadını, tarixi və törətdiyi xətanı qeyd edir. Onun sözlərinə görə, bu cür mübahisələrin yaranmasının günahkarı sürücüdür: "Sürücü onu saxlayan yol polisinə inadkarlıq göstərir. Əlbəttə, saxlanılan sürücü barədə protokol tətbiq olunmalı, onun sürücülük vəsiqəsi yoxdursa, avtobus cərimə meydançasına aparılmalıdır. Çox təəssüf ki, əksər hallarda sürücülər müxtəlif vasitələrlə yol polisinə müqavimət göstərməyə cəhd edirlər. Bu isə sərnişinlərin vaxt itkisi ilə üzləşməsinə səbəb olur".
V. Əsədov avtobus sürücülərinin dayanacaqda saxlamasınının vacib olduğunu, cip dayanacaqlar olan yerlərdə bu qaydaya xüsusilə əməl etməli olduqlarını söyləyir: "Bəzən sərnişinlər də bu qaydanı pozaraq avtobusun saxlayacağı yerdə dayanaraq avtobusun dayanacağa daxil olmasına mane olurlar. Biz dünən apardığımız reydlər zamanı da sərnişinlərə başa saldıq ki, avtobusu səkidə gözləməlidirlər. Avobus dayanacaqda dayandıqdan sonra onlar səkidən birbaşa avtobusa rahatlıqla minə bilərlər. Çox təəssüf ki, buna çətinliklə nail olsaq da, az keçməmiş eyni vəziyyəti müşahidə etdik. Ona görə, də marifləndirmə işləri aparmaqla, eləcədə, ictimai qınaq metodu ilə biz yol hərəkəti iştirakçılarına bu qaydalara əməl etmək vərdişləri aşılamalıyıq".