RGEM-i bərbərxana və gözəllik salonlarında QİÇS təhlükəsindən narahatdır
"Ötən il yoxlama aparılan bərbərxana və gözəllik salonlarından
14-də nöqsanlar aşkarlanıb. Bu iaşə obyektlərindən 8-i bağlanıb".
Bu sözləri Movqe.az-a açıqlamasında Respublika Gigiyena və
Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri Ziyəddin Kazımov
verib. Onun sözlərinə görə, bərbərxana və gözəllik salonlarında
qanla keçə biləcək QİÇS, hepatit və sair təhlükəli xəstəliklərin
yayılması ilə bağlı narahatçılıqlar hələdə qalmaqdadır. Z. Kazımov
buna səbəb kimi gözəllik salonlarının əksəriyyətində püxtələşməmiş,
ustaların yanında tələbə kimi öyrənən gənc qız və oğlanların
profilləri üzrə çalışmamalarını və epidemik rejimə əməl
etməmələrini əsas gətirdi: " Çox təəssüf ki, son vaxtlar bərbərxana
və gözəllik salonlarında hələ saç kəsməyi, manikür etməyi
öyrənənlər əllərində sənədləri olmadan, tibbi müayinələrdən
keçmədən müştərilərə xidmət göstərirlər. Hətta salonda dizenfeksiya
aparılması üçün lazımi məhlullar olsa da, onlar hər dəfə müştərini
yola saldıqdan sonra hansı alətin hansı məhlulla təmizləndiyini
bilmədiklərindən özləri də bilmədən təhlükəli xəstəliklər yaya
bilərlər".
Z. Kazımovun sözlərinə görə, bərbərxana və salonlarda əksək yumşaq invertarlar birdəfəlik olmalı, dizenfeksiya aparmaq üçün salonda qiqasept (lezitol), Preasit olmalı, eləcə də hər müştəri qəbul etdikdən sonra alətlər akfoset adlı məhlulla dezinfeksiya edilməlidir: "İçəridəki avadanlıqlar teralin adlı məhlulla təmizlənməlidir. Bəzi salonlarda bu məhlullar olsa da, təyinatı üzrə istifadə edilmir".
Z. Kazımov Bakıda hər rayon ərazisində təxminən 60-100-ə yaxın bərbərxana və gözəllik salonunun fəaliyyət göstərdiyini, bəzən rayon GEM-lərinin bütün bu iaşə obyektlərinin hamısını hər ay yoxlamağın mümkünsüz olduğunu söylədi.