“Embawood” un prezidenti yeni bank acıb-Eksklüziv
"Embawood" şirkətinin baş direktoru Elşad Abbasov yeni bank açıb.
Bu barədə məlumat Mövqe.az-a "Embawood" şirkətindəki etibarlı
mənbədən daxil olub. Məlumata görə bankın adı "Emba Finans"dır.
Mənbə bildirib ki, bank hələki "Embawood" şirkətinin istehsal
etdiyi mebelləri alan müştəriləri maliyyələşdirir. Gələcəkdə isə
bank bütün məhsullar üzrə istehlak kreditləri verəcək. Şirkətdən
isə bildirdilər ki, "Emba Finans" hələki "Embawood" şirkətinə
məxsus mağazalara mebel satışı üzrə müştərilərə vəsait ayırır.
Hələki bank olmayan kredit təşkilatıdır. Gələcəkdə sınanmış
müştərilərinə istehlak kreditlərinin verilməsi gözlənilir.