Jurnalistlərə dövlət tərəfindən tikilən mənzillər iyulun 22-də verilə bilər
Azərbaycanda dövlət tərəfindən jurnalistlər üçün nəzərdə tutulan binanın tikintisi başa çatıb.
Mövqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.
O qeyd edib ki, tikintisi başa çatan binada təmir işlərinin 22 İyula qədər başa çatdırılması üçün böyük səy göstərilir. Əgər həmin vaxta qədər təmir işləri başa çatarsa, jurnalistlərə evlər 22 İyul - Milli Mətbuat Günündə təqdim olunacaq. Onun sözlərinə görə, 16 mərtəbəli bina 156 mənzildən ibarətdir.