Mahmud Əhmədinejadla bağlı şok iddia
İran
prezidenti Mahmud Əhmədinejadın
İnqilab Gözətçiləri tərəfindən
yeddi saat nəzarətdə tutulduğu
iddia edilib. Movqe.az
ABŞ xəbər saytı
"WND.com"a istinadən xəbər verir
ki, İnqilab Gözətçiləri, İslami
rejimə zərər verəcək gizli
məlumatları ifşa etməklə
təqsirləndirdiyi Əhmədinejadı səssiz
qalmaq mövzusunda xəbərdar edib.
26-cı Beynəlxalq Kitab
Sərgisi üçün Tehranda olan
Əhmədinejadın mühafizəçilərinin yolunu
kəsən İnqilab Gözətçilərinin İran
Prezidentini Xarici işlər nazirliyinə
aid gizli bir binada sorğuya
çəkdiyi iddia edilib. İnqilab
Gözətçilərinin lideri Husein
Taebin ofisinin olduğu
binaya gətirilən Əhmədinejad
7 saat müddətində Taeb
tərəfindən sorğuya çəkilib.
Sorğuda Əhmedinejadla
birlikdə İranın dini lideri
Ayətullah Xameneyinin kəşfiyyat
məsulu Asghar Hecazi;
Hamneyin oğlu Muctaba
Xameneyi və Baş prokuror
Golan Huseyin Muhsininin
də olduğu iddialar arasında
yer alıb.