Əlaqə Arxiv
news Image
2013.05.08
11:49
| A A A
Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti mayın 10-dək davam edəcək
Ötən gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub

Ötən gün Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, havaların qeyri-sabit keçməsinə baxmayaraq, hava şəraiti iqlim normasından nisbətən yüksək temperatur qeydə alınıb.

 

Ölkə ərazisində qeyri-sabit hava şəraiti may ayının 10-dək davam edəcək.

 

Növbəti 2 gün ərzində də hava şəraitinin əsasən buludlu, yağmurlu və küləkli keçəcəyi gözlənilir.

Sizin Reklam Yeriniz