Əlaqə Arxiv
news Image
2013.05.08
15:22
| A A A
Yeni nazirdən müəllimlərə şad xəbər
Təhsil Nazirliyi Azərbaycanda müəllimlərin hüquqlarının qorunması, iş mühitləri və maddi təminat məsələləri ilə bağlı ediləcək yenilikləri açıqlayıb. Movqe.az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müəllimlərin fəaliyyəti ilə bağlı yeniliklər "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əks olunduğu kimi həyata keçiriləcək. Belə ki, bütün ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inkluziv təhsil üzrə məqsədli ixtisasartırma təmin ediləcək, hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistem yaradılacaq. Azərbaycanda müəllimlərin təkmilləşdirilməsi beynəlxalq standartlarla uzlaşdırılacaq, müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sistemi inkişaf etdiriləcək, müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlər yaradılacaq. Bununla yanaşı, nəticələrə əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sistemi hazırlanacaq.
Sizin Reklam Yeriniz