Nar Mobile-dan jurnalistlərə "Nar Media" tarif planı
Jurnalistlər və media nümayəndələri ilə sıx
əməkdaşlıq edən Nar Mobile mobil operatoru, KİV nümayəndələri üçün
yeni formatda kommunikasiya layihəsininin təqdimatını
keçirib. Movqe.az-ın məlumatına görə, fəaliyyətə başlayan
Nar Mobile "Mətbuat Klub"unda KİV nümayəndələri ilə mütəmadi olaraq
qeyri-rəsmi şəraitdə görüşlər keçiriləcək və müxtəlif mövzularda
müzakirələr aparılacaq. Nar Mobile "Mətbuat Klubunun" əsas məqsədi
KİV-lərlə ünsiyyət qurmaq üçün platforma yaratmaq, ən son
məlumatlarla, nailiyyətlərlə, şirkətin strategiyası və yenilikləri
ilə bölüşməkdir.Mayın 7-də keçirilən Mətbuat Klubunda Nar Mobile-ın
rəhbərliyi iştirak edib. Tədbiri giriş sözü ilə açan şirkətin Baş
Direktoru Kent Maknili qonaqları salamlayaraq, Nar Mobile-ın
2013-cü il üzrə strategiyası, missiyası və dəyərləri haqqında söz
açaraq, jurnalistlərlə münasibətlərin daha da yaxşılaşacağına
ümidvar olduğunu bildirib: "Jurnalistlər və media nümayəndələri hər
zaman Nar Mobile-ın diqqət mərkəzində olub və biz onlarla
əməkdaşlığa böyük önəm veririk. Təsadüfi deyil ki, bu gün şirkət
ilə jurnalistlər arasında dostluq münasibətləri var. Yeni yaranmış
Nar Mobile Mətbuat Klubu bizim jurnalistlərlə yeni formatda olan
kommunikasiya platformamızdır. Bu klubu yaratmaqda əsas məqsədimiz
bu sahədə olan əməkdaşlığımızı daha da dərinləşdirmək, öz
növbəsində informasiya axınını daha operativ, keyfiyyətli və
mükəmməl etməkdir" – deyə Kent Maknili bildirib.
Tədbirin sonunda jurnalistlər üçün yeni NarMedia Tarif Planı da təqdim edilib. Belə ki, yeni tarifə əsasən jurnalistlər öz aralarında cəmi 2 qəpik ödəməklə danışa biləcəklər. Yeni tarif planı bütün TV, radio, internet media nümayəndələri, və Mətbuat Şurasında qeydiyyatdan keçmiş qəzet və jurnalların əməkdaşları üçün açıqdır. Tədbirdə Nar Media tarif planına KİVDF və Mətbuat Şurasının dəstək verdiyi də bildirildi. Tarif Planı haqqında məlumatı Nar Mobile internet səhifəsində əldə etmək olar.