ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıyıb
Konnektikut ştatının Baş Məclisi Şuşanın işğalının ildönümündə Xocalı soyqırımının tanınması haqqında sənəd qəbul edib
Konnektikut ştatının Hartford şəhərində Türk Amerikanları
Assosiasiyası Şurası (Council of Turkic American Associations) və
Konnektikutda Türk Mədəniyyət Mərkəzi (Turkish Cultural Center
Connecticut) tərəfindən təşkil olunmuş Ştat Kapitoliyasında (yerli
qanunverici orqanın yerləşdiyi bina) III illik Türk Gününün (3rd
Annual Turkic Day at the State Capitol) keçirilməsinə həsr olunmuş
tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir zamanı Konnektikut ştatı Senatında çoxluq liderinin müavini senator Endryu Meynard (Andrew Maynard) və Nümayəndələr palatası spikeri müavini Kevin Rayan (Kevin Ryan) Xocalı qətliamının anılması və tanınması haqqında onların təşəbbüsü ilə Konektikut Ştatının Baş Məclisi tərəfindən qəbul olunmuş sənədi tədbirdə iştirak edən Azərbaycanın BŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbova təqdim ediblər.
Bundan sonra çıxış edən M. Talıbov
Konektikut ştatı Baş Məclisinin nümayəndələrinə Azərbaycan xalqı
tarixinin bu ağrı dolu səhifəsinə diqqət yetirilməsi üçün
təşəkkürünü bildirərək, eyni zamanda 8 mayın qədim tarixə malik
olan Azərbaycan mədəniyyətinin mərkəzlərindən olan Şuşa şəhərinin
işğalı günü olduğunu və Azərbaycanın 20% ərazisinin 21 ildir ki,
Ermənistan hərbi qüvvələrinin işğalı altında olduğunu qeyd edib. Bu
kontekstdə, M.Talıbov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında tezliklə
həll edilməsində ABŞ-ın daha fəal olmasının zəruri olduğunu
bildirib.
Tədbirdə həmçinin Konnektikut ştatının dövlət katibi x-m Denis Meril (Denise Merrill), Konnektikut ştatı Nümayəndələr palatasının spikeri Brendan Şarki (Brendan Sharkey), Nümayəndələr palatasında çoxluğun lideri Co Aresimoviç (Joe Aresimowicz), Türkiyə Respublikasının Boston şəhərindəki baş konsulu Burak Karartı, bir sıra digər yerli Senat və Nümayəndələr palatası üzvləri, habelə yerli türk icmasının nümayəndələri iştirak ediblər.