“Qış bulvarı” istifadəyə verildi
Mayın 10-da Bakının Füzuli küçəsi ilə Mirzağa
Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağının
üstündəki istirahət park kompleksinin açılışı olub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və
ailə üzvləri açılış mərasimində iştirak ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısının diqqətinə çatdırdı ki, yeni salınan bu kompleks şəhərin içərisində ən böyük parkdır. Bildirildi ki, 7 hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsinə qranit plitə döşənmişdir. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə asfalt örtük salınmışdır. Kompleksin 35 min kvadratmetrlik ərazisi yaşıllaşdırılmışdır.
Bildirildi ki, parkda ən müasir tələblərə cavab verən 5 fəvvarə inşa olunmuşdur.Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirdi.