Əlaqə Arxiv
news Image
2013.05.11
13:22
| A A A
Sabah 8 şəhərdə sınaq imtahanları keçiriləcək
Mayın 12-də ali məktəbə hazırlaşan abituriyentlər üçün növbəti sınaq imtananları keçiriləcək Mövqe.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından aldığı məlumata görə, sınaq imtahanları Bakı, Gəncə, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində 17 binada keçiriləcək.

İmtahanda 15 minə yaxın abituriyentin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən başlanıb, sonuncu imtahan mayın 26-da keçiriləcək.
Sizin Reklam Yeriniz