Əlaqə Arxiv
news Image
2013.05.14
09:38
| A A A
ABŞ-da zavodda partlayış baş verib
ABŞ-da zavodda baş verən partlayışda 2 nəfər yaralanıb

ABŞ-ın Qərbi Virciniya ştatında Airgas kimyəvi zavodunda baş vermiş güclü partlayış nəticəsində ən azı iki nəfər xəsarət alıb. Bu barədə Mövqe.az RİA Novosti-yə istinadən məlumat verir.

Məlumata əsasən, müəssisədə naməlum səbəbdən asetilen qazı ilə dolu 6 çən partlayıb və yanğın başlayıb. Zavodun iki fəhləsi yanğından xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Onlarına həyatları üçün təhlükə olmadığı bildirilir.

Hazırda yanğın söndürülüb.

Sizin Reklam Yeriniz