Əlaqə Arxiv
news Image
2013.05.16
16:12
| A A A
Fələstinlilər "Böyük fəlakətin" 65-ci ilini qeyd edib
Movqe.az xəbər verir ki, İsrailin 14 May 1948-ci il tarixində müstəqilliyini elan etməsindən sonra15 May gününü Nakba (Böyük Fəlakət) olaraq anan Fələstinlilər, dünən yenə küçələrə axın edib. Nakbanın 65-ci il dönümü münasibətilə Qərb Şəriyədə "Çevriliş Fələstin xalqının haqqıdır" şüarıyla nümayişlər təşkil edilib. Toplanan minlərlə insan, ilk olaraq Fələstinlilərin keçmiş lideri Yasir Ərafatın məzarı qarşısında bir araya gəlib. Fələstinlilər və İsrail təhlükəsizlik qüvvələri arasında bir çox nöqtədə çıxan qarşıdurmalarda isə onlarla insan yaralanıb. Fələstin Statistika Bürosu, hələ də 5 milyon 300 min nəfərin qaçqın olduğunu açıqlayıb.
Sizin Reklam Yeriniz