Oxot dənizində baş verən zəlzələ Azərbaycanda hiss edilirmi?
Bu gün səhər saat 10.50 radələrində Bakıda zəlzələ baş verib.
Movqe.az Teleqraf.com-a istinadən xəbər verir ki,
yeraltı təkanların episentri, zəlzələnin gücü barədə rəsmi
qurumlar hələ heç bir məlumat yaymayıb. Azərbaycan Milli Elmlər
Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən də Movqe.az-a
bildirdilər ki, hələki zəlzələ qeydə alınması barədə onlarda
məlumat yoxdur. Yalnız bildirdilər ki, Oxot dənizində zəlzələ
baş verir. Zəlzələ Azərbaycandan çox uzaqlarda baş versə də,
ölkəmizdə hiss olunub-olunmaması barədə məlumat Xidmətin saytında
bir azdan yerləşdiriləcək. Qeyd edək ki, ABŞ-ın Kaliforniya
ştatında Rixter cədvəli ilə 5,7 bal gücündə zəlzələ baş verib. ABŞ
Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Qrinvill
şəhərindən 11 kilometr aralıda, yerin 10 kilometr dərinliyində
qeydə alınıb. Dağıntı və insan tələfatı barədə məlumat yoxdur.
Yeraltı təkanlar Sakramento şəhərində də hiss edilib.