Əlaqə Arxiv
news Image
2013.06.06
16:42
| A A A
“Xəmsə” Milli İntellektual oyunu üzrə Gənclər arasında VI Azərbaycan Çempionatının qalibi müəyyən olunub

"Xəmsə" Milli İntellektual oyunu üzrə Gənclər arasında VI Azərbaycan Çempionatı başa çatıb. Mövqe.az-ın məlumatına görə, birincilik uğrunda mubarizə aparan 32 komanda arasında dörd komanda final mərhələsinə vəsiqə qazanıb: Şirvan şəhərindən "Yamato" komandası, Sumqayıt şəhərindən  "Bir Qalanın Sirri" və "Bella Ciao" komandaları, Binəqədi rayonundan isə "El-klassiko" komandası.


"Kempinski Hotel Badamdar" kompleksində keçirilən final mərhələsinin 5 raundun nəticəsi olaraq, qaliblər aşağıdakı qaydada müəyyən olunublar


1-ci yer –  "Yamato" komandası


2-ci yer –  "Bir Qalanın Sirri" komandası


3-cü yer – "El-klassiko" komandası


4-cü yer – "Bella Ciao" komandası


Finala vəsiqə qazanan komandalar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən qiymətli hədiyyələrlə təltif olunublar.

Sizin Reklam Yeriniz