Ekologiyanın düşmənləri cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)
Ətraf Mühitin Mühafizəsi Departamentinin və onun tabeli
qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji
qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə
araşdırmalar aparılıb. ETSN-in mətbuat xidmətindən Movqe.az-a
verilən xəbərə görə, araşdırma zamanı
hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun
pozuntularına görə 181 akt və protokol tərtib olunub və nöqsanların
aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli məcburi
göstəriş verilib. Ümumilikdə, 49 iş üzrə 195400 manat məbləğində
inzibatı qaydada cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana
görə 14 iş üzrə 1555,89 manat məbləğində iddia qaldırılıb, ətraf
mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və
axıdılmasına görə hüquqi və fiziki şəxslərə 114 iş üzrə 24692,95
manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün
hüquq-mühafizə orqanlarına 10, icra qruplarına 28, məhkəmələrə isə
1 iş göndərilib.