Obama: "Əsəd ölkəsini qan gölünə çevirdi"
Movqe.Az xəbər verir ki, ABŞ prezidenti
Barak Obama, Suriyada axan qanın dayanması lazım olduğunu ifadə
edərək, Əsədin ölkəsini qan gölünə çevirdiyini söyləyib. Obama,
Almaniya kansleri Angela Merkel ilə görüşdükdən sonra
jurnalistlərin suallarını cavablayıb. ABŞ prezidenti Obama, Suriya
Prezidenti Bəşər Əsədin gələcəyinin olmadığını ifadə edərək,'' Əsəd
öz xalqını öldürür. Ölkəsini qan gölünə çevirdi. Öz hökumətini
yenidən qazanması mümkün deyil'' deyib. Suriyada sülh, demokratiya
və tolerantlıq istədiklərini vurğulayan Obama, kimyəvi silah
istifadə edilməməsi xəbərdarlığı da edərək,'' Suriyadakı
müxaliflərə necə, nə kimi kömək ediləcəyi mövzusunda şərh
etməyəcəyəm. Biz yalnız müharibəni sona çatdırmaq istəyirik'' deyə
bildirib. Obama həmçinin bu mövzuda G-8 sammitində irəliyə yönəlmiş
bir addım atıldığına da diqqəti çəkib.