Əlaqə Arxiv
news Image
2013.06.25
12:31
| A A A
Bu qızın müalicəsinə kömək edin
"Damla" İctimai Birliyindən Publika.Az-a verilən xəbərə görə, 1997-ci il təvəllüdlü Yaqubova Aysel Əkbər qızı B Major Talassemiya qan xəstəliyinden əziyyət çəkir. 3 ayından etibarən davamlı müalicələr alan və həyatı qan transfuziyalarindan asılı olan balamızın, yası etibarilə gecikdirilmədən sümük iliyi transplantasiyası əməliyyatı olunmalıdır.
Qeyd edilir ki, respublikamızda bu xəstəliyin radikal müalicəsi mümkün deyil. Sümük iliyi transplantasiyası əməliyyatı bir cox Avropa ölkələrində həyata kecirilir. Maneə olan ən əsas şərtlərdən biri əməliyyatın həyata keçirilməsi üçün maddi vəsaitin ödənilməsi, digər əsas şərt isə xəstə üçün uygun qan dəyərinə malik donorunun tapılmasıdır. Bir neçə ay bundan öncə Azərbaycandan 2 ailənin sümük iliyi transplantasiyası əməliyyatı üçün Almaniyaya mualicə üçün getdiyini və orada cox gözəl nəticələr əldə etdiklərini öyrəndikdən sonra Ayselin ailəsi öz hesabına övladı ile birgə həmin ünvana muayinə müraciət etdi. Müayinə üçün 14.000 evro ödənildi. Müayinə nəticələrinə görə həkimlər Ayselin tez bir zamanda emeliyyat olunmasını məsləhət verdilər. Əməliyyat üçün tələb olunan böyük məbləği necə ödəyəcəyini düsünən ailəni kiçik qardaşının Ayselə 100 faiz uyğun qan dəyərləri ilə donor ola biləcəyi, əməliyyatın ailədən donor olacağı halda daha aşağı məbləğə başa gələcəyi xəbəri sevindirib və ümüdlərini artırıb.

Ayselin hal-hazırda 15 yaşı var .Vəziyyəti stabildir. Müntəzəm olaraq 2 həftə intervalla qan vurulur və periodik olaraq iynə-dərman müalicəsi alır. Dalaq ,qaraciyər və ürək üçün aldığı daimi müalicələrdən əlavə,davamlı qan vurulduğundan bədəndə yığılan artıq dəmir çoxluğundan azad olmaq üçün hər gün qarın əzələsinə xüsusi aparatla 12 saat ərzində (axşam saat 8-dən səhər saat 8-ə kimi)yeridilən iynə vurulur. Yaşadığı həyat tərzində bir çox çətinliklər olduğuna baxmayaraq, Aysel mənəvi cəhətdən çox güclüdür. Əslində eyni dioqnozlu uşaqlardan çox fərqlənir -belə uşaqlar adətən ,yaşadıqları həyat tərzi və səhhətləri ilə əlaqədar olaraq, həyata küskün və çox passiv olurlar. "Aysel isə çox şən və həyat dolu bir uşaqdır . Mehriban xasiyyəti,xeyirxah və həssas ürəyi, ağıllı danışığına gorə onu tanıyan hər kəsin sevimlisinə çevrilir. Özü kimi diaqnozda uşaqların tam əksinə dərslərində nəinki sinif yoldaşıarından geri qalmır,hətta hər kəsdən daha aktiv və həvəslidir.Ən əsası isə Aysel balamız inşAllah sağlam həyata qovuşmasına Rebbimizin bir qapı açacağına, xeyirlisi ilə şəfa tapacağına çox inanır...."-deyə "Damla"nın məlumatında bildirilir.
Aliəsi və "Damla" İctimai Birliyi Ayselin müalicəsinə kömək məqsədilə müraciət edir. Tələb olunan məbləğ -190 000 AVRO –dur.İndiyədək 40 000 AVRO toplanıb. Əməliyyatın tez bir zamanda olunması tələb edildiyi üçün, məbləğin toplanmasında xeyirsevər insanların yardımına ehtiyacımız var. Ümid edirik ki, əlinizdən gələn yardımı əsirgəməyəcəksiniz. Çünki, yaşının 15 olduğu və bu yaşın əməliyyat üçün əslində sərhəd yaş olduğunu bildirən həkimlər, çox vaxt itirilərsə, artıq Ayseli əməliyyat üçün qəbul etməyəcəklərini deyirlər.
Bəri başdan dərin təşəkkürümüzü bildiririk. Həyatının ən gözəl çağını yaşayan balamızın gələcəyini xilas etməkdə və ailəsinə səadət bəxş etməkdə yardımınızı əsirgəməyəcəyinizən ümidvarıq və tez bir zamanda cavab gözləyirik.

Publika.Az

Bank hesabını və xəstəlik tarixçəsin təqdim edirik








Sizin Reklam Yeriniz