Əlaqə Arxiv
news Image
2012.05.12
11:58
| A A A
Taksi sürücüləri və yol polislərinin birgə işi
""Eurovision- 2012" Mahnı Müsabiqəsinə ictimai dəstək-tariximizin və mədəniyyətimizin təbliği" adlı yeni layihə çərçivəsində bir neçə maarifləndirici tədbir keçirilib. Lent.az xəbər verir ki, layihəni "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsi birgə icra edir. Layihə çərçivəsində mayın 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap etdirilən buklet və kitabçaların paylanmasına start verilib. Bukletdə Azərbaycan və onun işğal olunmuş əraziləri, əhalisi, etnik tərkibi haqqında qısa məlumatla yanaşı, istirahət mərkəzləri, otellər, dini obyektlər, müxtəlif xidmət barədə məlumatlar Azərbaycan və ingilis dilində əksini tapıb. Şəhərimizə gələn qonaqlar bu bukletlərin köməyi ilə sərbəst hərəkətə edə bilərlər. Azərbaycan və ingilis dillərində söz və söz birləşmələrinin əks olunduğu kitabça taksi sürücülərinə, yol polisi əməkdaşlarına pulsuz paylanır. "Jurnalistika və İnkişaf Mərkəzi"nin sədri Elməddin Muradlı bildirib ki, may ayı ərzində bu işlər mütəmadi olaraq həyata keçiriləcək. Bakı şəhər DYP-nin bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, "Jurnalistika və İnkişaf Mərkəzi"nin layihəsi onlarda maraq doğurduğu üçün bu işi dəstəkləyirlər.


Qeyd edək ki, mayın 11-də Jurnalistika və İnkişaf Mərkəzinin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakının Yasamal rayonu ərazisində taksi sürücülərinə buklet və kitabçalar paylayıblar. Sürücülərin əksəriyyəti bu kitabçalara böyük ehtiyac duyduqlarını və bu vəsaitlərdən faydalanacaqlarını bildirib.
Sizin Reklam Yeriniz