Əlaqə Arxiv
news Image
2013.07.26
11:18
| A A A
Obama iftar süfrəsi verdi-Foto
Bu Ağ Ev rəhbərinin Dövlət Yeməkxanasında verdiyi sayca 5-ci iftar süfrəsidir Mövqe.az-ın  xarici KİV-ə əsasən verdiyi məlumatına görə, ABŞ prezidenti Barak Obama bir neçə saat əvvəl Ağ Evdə müsəlmanlar üçün iftar süfrəsi verib. Obama (yeməkdən əvvəl) Amerikalı müsəlmanlara sahibkarlar, texnoloqlar, tibb sahəsində pionerlər olaraq göstərdikləri xidmətlərə görə minnətdarlıq edib.

İftar süfrəsinə onun administrasiyasından rəsmilər, müxtəlif dini liderləri və dipmissiyaların üzvləri də qatılıb. AĞ Ev rəhbəri Ramazan ayından söz açaraq, orucluğun Allaha olan sadiqliyi göstərmək üçün ən yaxşı fürsət olduğunu dilə gətirib. Obama Ağ evin müxtəlif dinlərin müqqəddəs günlərini qeyd etmək ənənəsini davam etdirdiyini, və bu iftar süfrəsinin də bu ənənin tərkib hissəsi olduğunu deyib. 

Qeyd edək ki, bu Barak Obamanın Ağ Evin Dövlət Yeməkxanasında verdiyi sayca 5-ci iftar süfrəsidir.
Sizin Reklam Yeriniz