Əlaqə Arxiv
news Image
2013.10.07
11:23
| A A A
Naxçıvanda hərbi maşın dərəyə yuvarlandı

Azərbaycanda hərbi maşın qəzaya uğrayıb. APA-nın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə məxsus "Ural" markalı yük maşını dərəyə yuvarlanıb. Nəticədə sürücü, müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1974-cü il təvəllüdlü Məmməd Hüseyn oğlu Hüseynov yerindəcə keçinib. Maşında olan əsgər İlkin Orucov isə müxtəlif bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz