Əlaqə Arxiv
news Image
2013.10.07
11:27
| A A A
Misirdə qarşıdurma-44 ölü, 240 yaralı
Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında qarşıdurmalar bazar günüdə davam edib. Movqe.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, baş verən qanlı qarşıdurmalar zamanı 44 nəfər həyatını itirib, 240-yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə rəsmi məlumatı Misirin Səhiyyə Nazirliyi yayıb. Ölüm faktlarının 40-ı Qahirədə baş verən toqquşmalarda qeydə alınıb. Qeyd edək ki, Misirdə baş verən qanlı toqquşmalar ölkənin sabiq prezidenti Məhəmməd Mursi ilə onu tutduğu vəzifədən devirən general Əbdülfəttah Əl Sisinin tərəfdarları arasında baş verir. Misir Daxili İşlər Nazirliyi toqquşmalarda 423 Mursi tərəfdarının saxlanıldığını bəyan edib.
Sizin Reklam Yeriniz