Elnur Aslanov: "“Ramiz Mehdiyevin ifadə etdiyi rəqəmlər Amerika tərəfi, xüsusən səfir Morninqstar tərəfindən səsləndirilib”
"Ramiz Mehdiyev tərəfindən ifadə olunan rəqəmlər
Amerika tərəfi, xüsusən səfir Morninqstar tərəfindən Azərbaycanın
hökumət üzvləri və Prezident Administrasiyasının nümayəndələri ilə
keçirilən müxtəlif görüşlərdə səsləndirilib". ANS PRESS-in
məlumatına görə, vu sözləri Prezident Administrasiyanın (PA) şöbə
müdiri Elnur Aslanov ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen
Psaki keçirdiyi brifinqdə Azərbaycan Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyevin prezidenti seçkiləri ərəfəsində ABŞ rəsmi
nümayəndələrinin onlara 74-75% səslə kifayətlənməyi və Milli
Şuranın namizədinə 25% səs yazmağı məsləhət gördükləri haqda
bəyanatına münasibət bildirərkən deyib. PA rəsmisi seşki ərəfəsində ABŞ rəsmilərinin prezident İlham
Əliyevin qələbəsinə şübhə etmədiyini bildirib: "Seçki ərəfəsində
Azərbaycan tərəfi ilə görüşlərdə ABŞ rəsmi nümayəndələri tərəfindən
Azərbaycan prezidenti İlham Əliyevin yüksək etimad reytinqinə malik
olması və alternativsizliyi, eləcə də həyata keçirilən əhatəli
sosial-iqtisadi proqramlar nəticəsində dövlət başçısının əhalinin
bütün təbəqələri tərəfindən dəstəkləndiyi daim
vurğulanıb".
Elnur Aslanov Dövlət Departamentinin mətbuat xidmətinin Ramiz Mehdiyevin səsləndirdiyi fikirləri təkzib etməsinə sərt reaksiya verib: "ABŞ Dövlət Departamentinin sözçüsünün dediklərinə gəldikdə isə, deməliyəm ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qeyd etdiyi rəqəmlər ABŞ tərəfi, ələxsus səfir R.Morninqstar tərəfindən Azərbaycanın hökumət üzvləri və PA nümayəndələri ilə müxtəlif görüşlərində səsləndirilmişdir. Hesab edirik ki, qapalı görüşlərdə bir cür danışıb, mediada tam başqa cür çıxış etmək yolverilməzdir.
O ki, qaldı Dövlət Departamentinə, WikiLeaks timsalında bütün dünya ABŞ Dövlət Departamentinin real addımlarının və onlarının təkzibinin şahidi olmuşdur".