Əlaqə Arxiv
news Image
2013.10.18
15:35
| A A A
Telekanallar səhvlərini düzəltməyib-Özəl
Təranə Şükürlü: "İlk monitorinqdə telekanallara səsləndirilən iradlardan telekanalların çoxu nəticə çıxarmayıb" Özəl telekanallarda Azərbaycan dilinin ədəbi normalarına riayət olunmasına dair keçirilən ikinci monitorinqin nəticəsi ilə bağlı hesabat artıq hazırdır. Bu barədə Movqe.az-a Dilçilik İnstitutunun böyük elmi işçisi, dosent Təranə Şükürlü açıqlama verib. T. Şükürlü bildirib ki, bu həftənin sonu monitorinqin nəticələrinin ictimaiyətə açıqlanması gözlənilir.  T. Şükürlü ilk monitorinqdə telekanallara səsləndirilən iradlardan telekanalların çoxunun nəticə çıxarmadığını da söyləyib. Onun sözlərinə görə, mənzərə bu dəfə də təxminən eynidir. Hesabatda göstərilənlərin geniş formada ictimaiyyətə açıqlanacağını bildirən T. Şükürlü monitorinqin nəticələrinə dair ətraflı məlumat verməyib. Qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində keçirdiyi monitorinq davam edir. Monitorinq ANS, ATV, İTV, "Lider", "Xəzər" və "Space" kanallarını əhatə edəcək.
Sizin Reklam Yeriniz