Əlaqə Arxiv
news Image
2013.10.20
12:50
| A A A
Bakıda it festivalından maraqlı görüntülər (VİDEO)
Bakıda təşkil edilən "Beynəlxalq Köpək Festivalı"nda bir-birindən maraqlı məqamlar yaşanıb.

ANS PRESS-in verdiyi xəbərə görə, br-birindən fərqli it cinsləri, festival çərçivəsində təşkil edilən gözəllik yarışmasında dərəcə almaq üçün yarışırdılar. İt sahiblərinin yarışdan əvvəl heyvanlarına jele və spreydən istifadə etməklə bəzək vermələri, tüklərinə fen çəkərək daramaları və lent taxmaları maraqlı görüntülər yaradıb.

Sevimli baxışları ilə diqqətləri üzərlərinə çəkən kiçik itlərlə yanaşı iti dişləri ilə ətrafda qorxu salan "Rottweiler" cins itləri də müsabiqəni izləməyə gələn sakinlərin diqqətini cəlb edirdi. Ailələri ilə birlikdə gələn uşaqların isə qəfəslərdə saxlanan itlərin yanından uzun müddət ayrılmamaları da diqqəti cəlb edirdi.

Mətbuata açıqlama verən it məşqçisi Yelena Aleksandrovna, əvvəllər Belarus, Ukrayna və Polşada keçirilən it festivallarında iştirak etdiyini, Bakıya isə ilk dəfə gəldiyini söyləyib. Müsabiqəyə Rusiyanın Novosibirski şəhərindən qatıldığını bildirən Natali Baranova, festivalın olduqca səviyyəli təşkil olduğunu, yarışmada iştirak edən itlərin hər birinin dərəcəyə layiq olduğunu bildirib.

Müsabiqədə yapon "Sibeu" cins iti ilə qatıldığını bildirən Baranova, itinin Amerikadan gətirildiyini və Sibirin soyuq iqliminə öyrədildiyini qeyd edib. Azərbaycan Kinoloji Dərnəyinin rəhbəri və festivalın təşkilatçısı Zaur Ağabəyli, festifalda Rusiya, Qazaxıstan və Ukrayna başda olmaqla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən çoxlu sayda iştirakçının olduğunu bildirib. Festivalda iştirak coğrafiyasının geniş olduğunu deyən Ağabəyli qeyd edib ki, Portuqaliyadan Sibirə, Atlantik okeanından Sakit okeana qədər olan böyük bir ərazini əhatə etdiyini vurğuladı.

Qeyd edək ki, festivalda 48 fərqli cinsdən 150-dən çox it iştirak edir. Festival çərçivəsində hər cins itdən ən yaxşısı seçilib. Sonuncu gün isə dərəcə alacaq itlər arasından seçilən itə "ilin ən yaxşı iti" mükafatı verilib.

Sizin Reklam Yeriniz