3120 binanın sakinlərinə şad xəbər
"Azəristiliktəchizat" ASC Azərbaycanda noyabrın 15-dən başlayacaq
2013-2014-cü il istilik mövsümünə tam hazırdır. ASC-dən Trend-ə
bildiriblər ki, 2013-2014-cü il mövsümünə hazırlıq çərçivəsində
tədbirlər planında nəzərdə tutulan bütün lazımi işlər görülüb.
Həmçinin, ASC tərəfindən istilik xətlərinin çəkilməsi, təmiri və
dəyişdirilməsi, qazanxanaların tikintisi və təmiri, o cümlədən
nasosların quraşdırılması və təmiri işləri aparılıb. ASC-dən
deyiblər ki, qış mövsümündə istehlakçıların istiliklə tam təmin
olunması üçün bütün lazımi işlər görülüb. "Azəristiliktəchizat"
ASC-dən bildirilib ki, 2013-2014-cü il istilik mövsümündə istiliklə
təchiz olunacaq yaşayış binalarının sayı 3120-dir. Ötən mövsüm isə
bu göstərici 2819 yaşayış binası olub. Bu il ölkədə istilik
enerjisi ilə təmin edilən obyektlərin sayı və onların inkişaf
dinamikası ilə bağlı ümumi cədvəl:
Obyektlər |
2013-2014-ci illərdə ümumi sayı |
2004-2005-ci illərdə ümumi sayı |
Yaşayış binaları |
3120 |
988 |
Məktəblər |
277 |
146 |
Uşaq bağçaları |
152 |
84 |
Səhiyyə müəssisələri |
139 |
61 |
Digər sosial obyektlər |
Təxminən 400 |
91 |