Respublika üzrə uşaq polikilinikalarında lokal sistem qurula bilər-Eksklüziv
Cəbrayıl Əsədzadə: "Uşaq polikilinikalarında tibbi kartoçkalar ləğv edilə bilər"
Uşaq polikilinikalarında tibbi kartoçkalar ləğv edilə
bilər. Bu barədə Movqe.az-a Səhiyyə
Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru
Cəbrayıl Əsədzadə bildirib. C. Əsədzadənin sözlərinə görə,
hazırda uşaq polikilinikalarında uşaqların peyvəndləri ilə
bağlı məlumatlar onlar üçün ayrılmış tibbi kartoçkalara qeyd
edilir: "Azərbaycanda elektron sağlamlıq kartı alan uşaqların sayı
750-mini keçsə də polikilinikalarda sahə həkimlərinin hər birinin
ayrıca bu kartı oxumaq üçün kompyuterləri yoxdur. Ümumiyyətlə uşaq
polikilinikalarında kartların oxunması üçün lokal şəbəkə
qurulmayıb. Amma biz bununla bağlı hökumətə müraciətlər etmişik.
Yəqin ki, yaxın gələcəkdə bütün uşaq polikilinikalarında bu
şəbəkənin qurulması üçün hər bir həkim üçün kompyuter alına bilər.
Bundan sonra artıq uşaqların peyvəndlənməsi ilə bağlı məlumatları
birbaşa elektron kartlardan oxumaq mümkün olacaq".