4-cü mobil operator nə vaxt gələcək?
Cahid İsmayıloğlu: "Mobil operatorlar öz aralarında qiymət siyasətinə yenidən baxmalıdırlar"
Azərbaycanda mobil rabitə tariflərinin qiymətinin bahalığı ilə
bağlı narazılıqlar olan ərəfədə qiymətlərin 3-cü mobil operator
bazara daxil olduqdan sonra enəcəyi bildirilirdi. Amma 3-cü mobil
operatorun gəlişi də standrt tariflərdə ucuzlaşmaya səbəb olmadı.
İnid isə ekspertlər hesab edirlər ki, mobil rabitə qiymətlərinin
ucuzlaşması üçün 4-cü mobil operatorun gəlişinə ehtiyac var.
Movqe.az-a açıqlamasında İKT üzrə ekspert Cahid İsmayıloğlu
deyib ki, mobil operatorların sayının artması bu sahədə rəqabət
mühiti yaradır: "Mobil operatorların sayı artdıqca göstərilən
xidmətin keyfiyyəti və qiyməti aşağı enir. Mobil operatorlar
abonent cəlb etmək üçün rəngarərng kampaniyalar təqdim edirlər.
Təbii ki, bazara 3-cü mobil operatorun gəlişi mobil rabitə
bazarında rəqabət mühiti yarada bildi. Amma qiymətlərin əhəmiyyətli
dərəcədə ucuzlaşması üçün mobil operatorlar öz aralarında qiymət
siyasətinə yenidən baxmalıdırlar. Nömrə daşınma sisteminə keçid də
qiymətlərə öz təsirini göstərəcək".
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə hələki 4-cü mobil operatorun gəlişinin gözlənilmədiyini söyləyib. Onun sözlərinə görə, hələki nazirliyə belə bir müraciət daxil olmayıb.