Əlaqə Arxiv
news Image
2013.11.14
16:12
| A A A
1,5 ton qan toplanılıb-Özəl
Pərvanə Hacıyeva: "Artıq rayonlardakı xəstəxanalardan da qanla bağlı sifarişlərin qəbul olunduğunu söyləyib" Bu gün Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında saat 16:00-a olan məlumata görə, 1,5 ton qan toplanıb. Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun MərkəziQan Bankının müdiri Pərvanə Hacıyeva Movqe.az-a açıqlamasında bildirib ki, 3930 nəfər qanvermə aksiyalarında iştirak edib. Qeyd edək ki, bu gün 14 məkanda qan verilir. Toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. P. Hacıyeva artıq rayonlardakı xəstəxanalardan da qanla bağlı sifarişlərin qəbul olunduğunu söyləyib.

1. Yasamal rayon - Təzə-pir məscidi
2. Yasamal rayon - Hacı Soltanəli məscidi
3. Səbail rayon - Bibi-Heybət ziyarətgah məscidi
4. Səbail rayon - İçəri-şəhər Cümə məscidi
5. Suraxanı rayon - Qaraçuxur məscidi
6. Xəzər rayon - Mir Mövsüm ağa ziyarətgah məscidi
7. Nizami rayon - Keşlə qəsəbə məscidi
8. Sumqayıt şəhər - Cümə məscidi
9. Gəncə şəhər - İmamzadə ziyarətgah məscidi
10. Mingəçevir şəhər - Heydər məscidi
11. Şəki şəhər - Cümə məscidi
12. Lənkəran şəhər - Böyük bazar məscidi
13. Bərdə şəhər - Cümə məscidi
14. Nəsimi rayon - Hacı Əjdərbəy məscidi

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası (QŞ) Aşura mərasimləri ilə bağlı fətva verib. Fətvada dindarlara başsağlığı verilib və İmama Hüseyn Əleyhissəlamın və onunla birgə şəhid olan müsəlmanların əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilmək tövsiyə olunub. Qeyd olunub ki, mərasimlərdə Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətən uğrunda şəhid olanların xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənməli, qurşağa qədər soyunub, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir. Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə təlqin etməlidirlər. Fətvada o da bildirilib ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə tibbi ehtiyaclar üçün gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsi kimi örnək olmalıdır.


Sizin Reklam Yeriniz