Əlaqə Arxiv
news Image
2013.11.15
23:31
| A A A
"Azərbaycanda 3 manatlıq əsginasa ehtiyac yoxdur"
Elman Rüstəmov milli valyutamızın strukturunun beynəlxalq ən yaxşı praktikaya uyğunlaşdırıldığnı deyib Bu yaxınlarda parlamentin iclasında 3 manatlıq əsginasların dövriyyəyə buraxılması ilə bağlı edilən təklifə Mərkəzi Bankın sədri şərh edib. ANS PRESS-in məlumatına görə, Elman Rüstəmov milli valyutamızın strukturunun beynəlxalq ən yaxşı praktikaya uyğunlaşdırıldığnı deyib:

"Dünyanın aparıcı valyutalarına baxsaq avro, funt-sterlinq, İsveçrə frankı və ABŞ dolları kimi valyutaların heç birində aralıq nominalına rast gəlmərik. Biz milli valyutamızın nominal strukturu bilirsiz ki, 6 nominalda əsginaz və 6 sikkədən ibarətdir. Milli valyutamızın strukturu beynəlxalq ən yaxşı praktikaya uyğunlaşdırılıb. Azərbaycanın daxilində əhalinin əsas xərclər strukturu, ümumilikdə pərakəndə hesablaşma sahəsində aparılan təhlil və tədqiqatlar hazırda dövriyyədə olan əsginasların uyğun olduğunu göstərir".

Bir müddət öncə buraxılan 2 dollarlıq əsginasların iqtisadiyyat və ictimaiyyət tərəfindən qəbul edilmədiyini xatırladan AMB-nin sədri hazırda bu praktikadan istifadə etmək niyyətində olmadıqlarını deyib.
Sizin Reklam Yeriniz