Cenevre 2 konfransına hazırlıq gedir
Movqe.Az xəbər verir ki, Rusiya xarici
işlər naziri Sergey Lavrov, noyabr ayının sonunda keçiriləcək
Cenevrə-2 Konfransına ön hazırlıq iclası təşkil ediləcəyini
söyləyib. Rus TVC kanalına danışan Lavrov, keçən il təşkil edilən
Cenevrə Konfransına İran və Səudiyyə Ərəbistanının qatılmadığını
xatırladaraq, Suriya böhranının məzhəb ölçülərinin olduğunu, buna
görə həll prosesində hər bölgənin təmsil edilməsi lazım olduğunu
deyib. Lavrov, yığıncağa, ABŞ, Rusiya və BMT Suriya xüsusi
nümayəndəsi Lahdar İbrahimiylə yanaşı qardaş Türkiyə, Ərəb Birliyi
və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin qatılacağı
məlumatını verib.