Əlaqə Arxiv
news Image
2013.11.20
14:27
| A A A
Birincilərin orta məktəblərdə hazırlığı ləğv olundu-Özəl
BŞTİ: "Ola bilər ki, gələcəkdə birinci sinfə hazırlıq məktəblərdə pullu olsun" Respublikanın ümumtəhsil müəssisələrində birinci sinfə hazırlıq ləğv edilib. Movqe.az-ın əldə etdiyi eksklüziv məlumata görə, 2014-2015 tədris  ili üçün birinci sinfə gedəcək məktəblilər hazırlığa cəlb edilməyəcək. Artıq məktəblərə birincilərin hazırlığı üçün müraciət edən valideynlərə də, bildirilib ki, hazırlıq təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə ləğv edilib. Movqe.az məlumatı dəqiqləşdirmək üçün Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxlayıb. İdarənin ümumi təhsil sektorundan xəbəri təqsdiqləyiblər. Sektordan bildiriblər ki, yeni ildən etibarən orta məktəblərdə birincilərin hazırlığı aparılmayacaq:"Hər il yanvar ayından etibarən birincilərin orta məktəblərdə hazırlığı aparılırdı. Nazirin göstərişinə əsasən 2014-cü ilin yanvar ayından bu qayda ləğv olunub. Ola bilər ki, gələcəkdə birinci sinfə hazırlıq məktəblərdə pullu olsun".       
Sizin Reklam Yeriniz