Əlaqə Arxiv
news Image
2013.11.21
16:00
| A A A
Dəyirmanlar yerli buğdanı üyütməkdən imtina edir
Sabir Vəliyev: "Deyilənlər dəyirmanların qiymətdə monipulyasiya etmək istəyi ilə bağlıdır" Azərbaycanda dəyirmanlar yerli buğdanı üyütməkdən imtina edir. Səbəb kimi isə yerli buğdanın keyfiyyət göstəricisinin aşağı olması göstərilir. Məsələ ilə bağlı Movqe.az-a açıqlama verən Kənd Təssərrüfatının şöbə müdiri Sabir Vəliyev bildirib ki, ölkədə istehsal olunan buğdanın keyfiyyətsiz olması ilə bağlı deyilənlər dəyirmanların qiymətdə monipulyasiya etmək istəyi ilə bağlıdır: "Ölkədə istehsal olunan buğdanın keyfiyyəti Rusiyadan gətirilən buğdadan fərqlənmir. Çünki, bizdəki sortların çoxu Krasnadar gələn sortlardır. Hazırda Azərbaycanda əsasən "Qılçıqsız 1" sort toxumluq buğda əkilir ki, ondan məhsul götürülmə hər hektara 30-40 sentenerdi. Düzdür yaxşı toxumdan keyfiyyət göstəricisi aşağı olan buğda alına bilər. Amma bu əsasən şoran torpaqlarda əkilən məhsullarda olur.  Amma ümumiyyətlə ölkədə buğda əkilərkən keyfiyyətli toxumdan istifadə edilir ki, bu da alınan məhsulun keyfiyyətində özünü göstərir. Bəzi dəyirmanlar bizim məhsulu qəbul edərkən qiyməti artırmaq üçün buğdanın keyfiyyətini bəhanə edirlər. Halbu ki, xaricdən gətirilən buğda ilə yerli buğdanın keyfiyyətində ciddi fərq yoxdur".
Sizin Reklam Yeriniz