Riqada super-marketin çökməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb-FOTO
Latviyanın paytaxtı Riqada "Maxima" ticarət mərkəzinin damının çökməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb. Bu gün səhərə olan məlumata görə, 40 nəfər yaralanıb.
Faciə noyabrın 21-i axşam saatlarında, alış-verişin gur vaxtında baş verib. Dağıntılar altında qalanların olduğu bildirilir.
Movqe.az-ın məlumatına görə, Riqa meri Nil Uşakov ilkin ehtimallara əsaslanaraq uçquna tikinti normalarının pozulmasının səbəb olduğunu bəyan edib.
Trend İTAR-TASS-a istinadən xəbər verib ki, xəsarət alanlardan 8-i xilasetmə xidmətinin əməkdaşlarıdır.
Xəsarət alanlar arasında başından zədə alan uşaq da var.
Xilasetmə işlərinə ordu qüvvələri cəlb edilib.
Dövlət Qan Donorları Mərkəzi Latviya sakinlərini xəsarət alanlar
üçün qan verməyə çağırıb.