Metro fasiləsiz işləyəcək
“Eurovision-2012” mahnı müsabiqəsinin finalı günü metro sutka ərzində fəaliyyətini dayandırmayacaq
Movqe.Az Bakı Metropoliteninə istinadən xəbər verir ki, bu gün Bakı metrosu fasiləsiz işləyəcək. "Eurovision-2012"nin finalında iştirak edən tamaşaçıların daşınması üçün metro bütün sutka ərzində fəaliyyətini dayandırmayacaq.
Xatırladaq ki, mayın 24-ü və 26-da - "Eurovision-2012"nin yarımfinallarında da metro fasiləsiz işləmişdi.