Əlaqə Arxiv
news Image
2013.11.28
23:18
| A A A
Türkiyə KİV: "Ermənistan işğal etdiyi iki rayonu azad edir"
"Sabah" qəzeti Əhməd Davudoğlunun ABŞ rəsmiləri və Putinlə təması barədə sensasion yazı dərc edib Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyə-Ermənistan əlaqələrinə bağlı "Bəzi yaradıcı fikirlər, yeni düşüncələrlə bunu inkişaf etdirməyə, məsafə almağa çalışırıq" mesajının detalları barəsində "Sabah" qəzetində yazı dərc edilib. Məlumatda deyilir ki, Davudoğlunun ABŞ təmasları və Türkiyə baş naziri Ərdoğanın Putinlə görüşündə də gündəmə gələn Qafqazda sülh yaradılması üçün yeni yol xəritəsi hazırlanıb. Ermənistan hökuməti Azərbaycan ilə arasında xroniki bir problem olan Dağlıq Qarabağdakı iki rayonundan çəkilməyi şifahi olaraq qəbul edib. Türkiyə isə Ermənistandan rəsmi açıqlama verməsini istəyib. Ermənistan höküməti Azərbaycanın işğal olunmuş rayonlarından çəkiləcəyini açıqlayacağı təqdirdə Davudoğlu 12 dekabrda Qara Dəniz İqtisadi Əməkdaşlıq toplantısı üçün İrəvana gedəcək. 

Diplomatik qaynaqlardan verilən məlumata görə, Azərbaycanın zəngin enerji qaynaqları ilə böyük inkişaf içində olduğu halda Ermənistan əksinə hər keçən gün iqtisadi gücünü itirir. Münaqişənin həlli üçün atılan addım, yəni Ermənistan hökümətinin işğal olunmuş yeddi rayonun ikisindən əl çəkməsi sonda Azərbaycan - Türkiyə ilə əlaqələri korlaya bilər.

Qeyd edək ki, tərəflər 2010-cu ildə münaqişənin həlli ilə bağlı prinsipial olaraq razılaşıb. Ancaq Ermənistan 1992-ci ildən bu yana əlində tutduğu Kəlbəcər və Laçın rayonlarından 10 il ərzində çəkiləcəyini bildirib, Azərbaycan tərəfi isə bir ildə müddətə razıllıq verib. Sonda İrəvan müddəti yeddi ilə endirib, Azərbaycan isə müddəti üç ilə çıxarıb.
Sizin Reklam Yeriniz