Avropaya getmək artıq daha asan olacaq - YENİLƏNİB
Azərbaycan və Avropa İttifaqı (Aİ) bu gün viza
rejiminin sadələşdirilməsi barədə saziş
imzalayıblar. Trend-in məlumatına görə, sazişi
Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər
naziri Elmar
Məmmədyarov, qarşı tərəfdən isə Avropa
komissarı Ştefan
Füle, Litvanın xarici işlər
naziri Linas
Linkyeviçyus imzalayıb.
---------
12:35
Bu gün Azərbaycan və Avropa İttifaqı (Aİ) viza rejiminin sadələşdirilməsi barədə saziş imzalandıqdan sonra vətəndaşlarmızı maraqlandıran onun şərtləridir.
Milli.Az bildirir ki, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri bir müddət əvvəl yerli mətbuata müsahibəsində Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı açıqlama vermişdi.
"Bu saziş göstərir ki, əgər digər dövlət zəruri addımları atmağa hazırdırsa, Avropa Birliyi öz vədlərini sürətlə yerinə yetirməyə hazırdır. Hər iki tərəf yekun mətni razılaşdırıblar. Saziş Avropaya səyahət etmək istəyənlərə daha sadə viza rejimi tətbiq etməyi, həmçinin ucuz vizalar verməyi nəzərdə tutur. Hazırda viza rüsumu təxminən 60 avro təşkil edir, bu məbləğ iki dəfə azaldılacaq. Bundan başqa müəyyən kateqoriya vətəndaşlar – jurnalistlər, tələbələr, rəsmi şəxslər və s. üçün vizalar pulsuz olacaq. Viza uzun müddətə veriləcək, multivizalar almağa daha böyük imkanlar yaranacaq, vizaların alınması üçün tələb olunan sənədlərin sayı azaldılacaq. Bu, Azərbaycanla AB arasında səyahətləri əhəmiyyətli dərəcədə asanlaşdıracaq yeni rejimdir. Buna görə şadıq ki, konkret nəticələr təkcə müəyyən kateqoriya insanlara deyil, AB ölkəsinə səfər etmək istəyən bütün əhaliyə təsir edəcək. Vətəndaş artıq bunu daha sadə, ucuz və sürətli yolla edə biləcək. Bu, Avropa Birliyi və Azərbaycanın daha da yaxınlaşmaq, insanlar arasında əlaqələr qurmaq istəyinin göstəricisidir. Uzunmüddətli perspektivdə bu, həmçinin Azərbaycanın Qərb dəyərlərinə yaxınlaşmasına da kömək edə bilər", - səfir Roland KobiaAPA-ya müsahibəsində demişdi.
---------
11:45
Azərbaycan və Avropa İttifaqı (Aİ) bu gün viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar.
Trend-in məlumatına görə, sazişi Azərbaycan tərəfdən Azərbaycanın xarici işçlər naziri Elmar Məmmədyarov imzalayıb.
Sözügedən saziş Vilnusda keçirilən Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanıb.
Sözügedən saziş Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti
çərçivəsində imzalanıb.
Xatırladaq ki, sənəd gələn il Azərbaycanla Aİ arasında readmissiya haqqında saziş imzalandıqdan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, bir müddət əvvəl xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Trend-ə bildirmişdi ki, saziş imzalandıqdan sonra Milli Məclisdə və Avropa Parlamentində ratifikasiya olunacaq.
Bundan əlavə, Şengen zonasına daxil olan, lakin Aİ üzvü olmayan
ölkələrlə - Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə ikitərəfli
müqavilələr imzalamaq lazımdır.
Nazir müavinin sözlərinə görə, müqavilə kifayət qədər geniş şəxslər siyahısını əhatə edir. Bu, ilk növbədə, təhsil və biznes xətti ilə xaricə gedən vətəndaşlara aiddir.