Əlaqə Arxiv
news Image
2013.12.02
21:18
| A A A
Anar Həsənov "102" xidmətinə zəng edərək Gəncə Şəhər Baş Polis İdarəsinə və Gömrük Komitəsinə qumbara atacağını da deyib
Anar Həsənov adlı şəxs Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Gəncə Hava Limanını partladacağını, Gəncə Şəhər Baş Polis İdarəsinə və Gömrük Komitəsinə qumbara atacağı ilə hədələyən şəxs polis tərəfindən saxlanılıb. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, noyabrın 30-da saat 19.13-də Gəncə şəhərində yaşayan Anar Həsənov DİN-in "102" zəng Xidmətinə zəng edərək Gəncə Hava Limanını partladacağını, dekabrın 1-də isə Gəncə Şəhər Baş Polis İdarəsinə və Gömrük Komitəsinə qumbara atacağını bildirib. 
Müvafiq tədbirlər görülsədə, məlumat təsdiqini tapmayıb. 
Anar Həsənov adlı şəxs Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Sizin Reklam Yeriniz