Əlaqə Arxiv
news Image
2013.12.02
17:12
| A A A
Azərbaycan-İran sərhəddində ölən mayorun cənazəsi Sabirabada göndərilib (VİDEO)
Yaralılar polkovnik leytenant Azər Şəfiyev və kapitan Vüqar Vahabov paytaxta sərhəd hospitalına yola salınacaq Ötən gün saat 19:30-da Lənkəran sərhəd dəstəsinin Lerik rayonu ərazisindəki hissəsində sərhəddə sərhədçilərlə sərhəd pozucuları arasında baş verən insident nəticəsində ölən 37 yaşlı mayor Maqsud Nağıyevin cənazəsi gecə saatlarında doğulduğu Sabirabad rayonuna yola salınıb. 
Yaralılar 50 yaşlı polkovnik leytenant Azər Şəfiyev və 29 yaşlı kapitan Vüqar Vahabov gecə təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Hal-hazırda yaralılar reanimasiya şöbəsindədir və onların paytaxta sərhəd qospitalına yola salınacağı deyilir. 
Hadisənin təfərrüatları barədə məlumat verilmir. Hadisənin baş vermə səbəblərini Dövlət Sərhəd Xidməti və Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırılır.

Sizin Reklam Yeriniz