Gülər Əhmədovanın həyat yoldaşı apellyasiya şikayətinin vaxtını açıqladı
Fikrət Əhmədov: "Hesab edirik ki, vəkilin dəyişdirilməsinə ehtiyac yoxdur"
Sabiq millət vəkili, hazırda həbsdə olan Gülər Əhmədova barəsində
Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmdən
apellyasiya şikayəti 1 həftə ərzində veriləcək. Bu sözləri
Movqe.az-a açıqlamasında Gülər Əhmədovanın həyat yoldaşı Fikrət
Əhmədov deyib. F. Əhmədov məhkəmənin hökmünü əllərinə aldıqdan
sonra apellyasiya şikayəti verəcəklərini bildirib: "Apelyasiya üçün
şikayət ərizəsi hökmün əsasında hazırlanacaq. Ona görə də, hələ
hökmün bizə verilməsini gözləyirik".
F. Əhmədov apellyasiya şikayəti zamanı G. Əhmədovanın hüquqlarının qorunması üçün başqa bir vəkil tutulmayacağını bildirib: "Vəkil Əfsər Talıbov işin materialları ilə yaxından tanışdır. Ona görə də hesab edirik ki, vəkilin dəyişdirilməsinə ehtiyac yoxdur".
Xatırladaq ki, dünən Ağır Cinayətlər Məhkəməsində Gülər Əhmədovaya hpkm oxunub. O, 3 il müddətinə azadlıqdan məhrum edilib.