Əlaqə Arxiv
news Image
2013.12.03
18:08
| A A A
Gediş haqqının artımı ilə bağlı Tarif Şurasına müraciət ediləcək-Özəl
Sahibkar: "Hökumət bizi də başa düşsün ki, yanacağın son qiymət artımında sonra gediş haqqını sabit saxlamaq mümkün deyil" Sahibkarlar ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edəcəklər. Bu məlumatı Movqe.az-a xətt sahibləri verib. 133 saylı xətin sahibi Etibar Manafov Movqe.az-a bildirib ki, yanacağın hazırki qiyməti onlara sərf etmir: "Yanacağın qiyməti bahalaşıbsa mütləq gediş haqları artırılmalıdır. Yoxsa biz belə qiymətlə işləyə bilmərik. Hökumət bizi də başa düşsün ki, yanacağın son qiymət artımında sonra gediş haqqını sabit saxlamaq mümkün deyil. Ona görə də, biz sahibkarlar Tarif Şurasına gediş haqlarının artırılması üçün müraciət edəcəyik".

Amma xətt sahibi itimai nəqliyyatda özbaşına qiymət artımına yol verilməyəcəyini də söyləyib: "Biz qiymətləri Tarif Şurasının qərarından sonra artıracağıq.  Bunun üçün Şuraya müraciət edəcəyik".    

Sizin Reklam Yeriniz