Əlaqə Arxiv
news Image
2013.12.04
17:21
| A A A
Səhiyyə Nazirliyi ev şəraitində hazırlanan konservləşdirilmiş məhsullardakı təhlükə ilə bağlı xəbərdarlıq etdi
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) qış mövsümü ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Mərkəzin Qidalanma bölməsinin rəhbəri İmran Abdullayev Movqe.az-a açıqlamasında bildirib ki, ötən mövsüm ev şəraitində konservləşdirilmiş məhsullarda zəhərlənmə halları çox olduğundan Mərkəz turşuların labarator müayinəsinə başlayıb: "Haızrda yoxlamalar davam edir. Biz istehsal müəssisələrindən, satışdan konservləşdirilmiş məhsullardan müayinələr götürərək labarator şəraitdə yoxlayırıq. Amma baş verən hadisələr göstərir ki, zəhərlənmələr daha çox ev şəraitində hazırlanan turşulardan törəyir. Həmin məhsullar konservləşdirilərkən yaxşı yuyulub təmizlənmədiyindən botulizm toksinləri üçün əlverişli şərait yaranır. Həmin toksinlər isə zəhərlənməyə səbəb olur".

İ. Abdullayev toksinlərin miqdarı artıq olduqda zəhərlənmənin ölümlə nəticələndiyini söyləyir. Onun sözlərinə görə, əhali turşulardan istifadə edərkən diqqətli olmalıdır. Xüsusilə azyazşlı uşaqlar, yaşlı insanlar, hamilə qadınlar ev şəraitində hazırlanan konservləşdirilmiş məhsullardan uzaq durmalıdırlar. Biz evdə hazırlanan turşunu açıb yoxlaya bilmərik. Ona görə də məsləhət görürük ki, sənaye üsulu ilə isyehsal edilən konservləşdirilmiş məhsullardan istifadə etsinlər.   

Sizin Reklam Yeriniz