Əlaqə Arxiv
news Image
2013.12.05
20:11
| A A A
Ukrayna Azərbaycanlıları diasporu sədrinin maşını yandılıb
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədrinin maşını yandırılıb. Bu barədə məlumatı ANS PRESS-ə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov özü verib. Onun sözlərinə görə, ötən gün axşam saatlarında naməlum şəxs və ya şəxslər avtomobilinə od vurublar. Yanğını vaxtında söndürməklə partlayışın qarşısını almaq mümkün olub. Yanğın söndürüldükdən sonra məlum olub ki, avtomobilin üst, ön və arxa hissəsinə, şüşələrinə benzin tökülüb. 

Yanğın Hikmət Cavadova məxsus "Köhnə Bakı" restoranın avtomobil dayanacağında törədilib. Konqres sədri hadisənin ancaq tutduğu vəzifə ilə əlaqədar ola biləcəyini deyib: 

H.Cavadov bir il bundan əvvəl uzun sürən mübarizə nəticəsində diaspor rəhbəri vəzifəsinə seçilib və bu müddət ərzində təşkilatda çox dəyişikliklər edib. Diaspora rəhbəri şəxsi biznesi ilə bağlı heç kimlə ədavətinin olmadığını bildirib. 

Qeyd edək ki, Hikmət Cavadov Ukraynanın Milli Elmlər Akademiyasının "Dövlət və hüquq" institutunun elmi işçisi, hüquq elmləri namizədidir.
Fakta əsasən Ukrayna DİN-də cinayət işi açılıb, əməliyyat qrupu yaradılıb.
Sizin Reklam Yeriniz