Zəlzələ baş verib
Movqe.Az xəbər verir ki, Tacikistanın şərqində 4 bal gücündə zəlzələ baş verib. Tacikistan Fövqaladə Hallar və Vətəndaş Müdafiə Komitəsindən verilən məlumata görə, paytaxt Düşənbədən 135 kilometr məsafədə yerləşən Tavildar mahalında baş verən zəlzələdə itki olmayıb.
Ölkənin şərqində 15 gün içində artıq iki dəfə zəlzələ baş verib. May ayının 13-ü Tavildar mahalında 6 bal gücündə meydana gələn zəlzələ ölkəyə böyük ziyan vurub. Zəlzələ nəticəsində 150 evə tamamilə ziyan dəyib.
Dövlət Başçısı İmaməli Rəhman Tavildar mahalını ziyarət edərək, zəlzələnin meydana gətirdiyi ziyanın aradan qaldırılması üçün tədbirlər irəli sürüb.