Əlaqə Arxiv
news Image
2013.12.06
17:25
| A A A
Tiqran Sarkisyan Ermənistanın dövlət vəsaitini amansızcasına talayır
“Joxovurd: "O, Nazirlər Kabinetinin rəhbəri kimi xarici səfərlərə adi insanlarla təyin olunmuş uçuşu özündən çox aşağı səviyyədə olduğunu düşünür və qəbul etmir" Ermənistanın baş naziri deyəsən böyük addımlarla "irəli getməyi" sevir. ANS PRESS-in məlumatına görə, İrəvanın "Joxovurd" qazetində gedən materialı oxuduqdan sonra bu nəticəyə gəlmək olar. Mətbuatda yazılanlara görə, Tiqran Sarkisyan, respublikanın nazirlər kabinetinin rəhbəri kimi xarici səfərlərə adi insanlarla təyin olunmuş uçuşu özündən çox aşağı səviyyədə olduğunu düşünür və qəbul etmir. Ancaq özünə görə təyyarə icarəyə götürür, bu da bildiyimiz kimi külli miqdarda vəsaitə başa gəlir.

Beləliklə, Ermənistanın büdcəsinə təkcə baş nazir ziyan vurmur. Noyabr ayının sonunda elə həmin qazet məlumat verib ki, Cənubi Qafqaz respublikasının səhiyyə naziri özünə küllü miqdarda vəsait toplayır. Artıq məlumdur ki, digər nazirlər də, bunlardan kənar qalmayaraq "büdcə" adı altında nələr edirlər. Ən əsası da ötən günlərdə Rusiya prezidentinin Ermənistana səfərindən sonra bir çox razılıqlar imzalanıb, borclar silinib, eləcə də əlavə vəsaitə imza atılıb. Hər halda Ermənistan Gömrük Birliyinə havayı razı olmayıb. Artıq məlum olub ki, Ermənistanın suvarma sistemlərinin müasirləşdirilməsi üçün, Rusiya 40 milyon dollar ayırıb. 

Belə ki, yuxarıdakıların dolanmağa imkanları var amma, aşağı təbəqənin insanları hələ də ölkələrini söyərək, qarğış edərək dilənməyə davam edirlər. 

Qeyd edək ki, Ermənistanın ifrat yoxsulluğu 54 dollara düşüb. Bununla yanaşı, rəsmi statistikaya görə, ölkədə işsizlik səviyyəsi, 2013-ci ilin ikinci rübündə təxminən 20%-dir.
Sizin Reklam Yeriniz