Əlaqə Arxiv
news Image
2013.12.07
09:30
| A A A
Azərbaycanda əcaib səs çıxaran siqnalara görə şok cərimə
Əcaib səs çıxaran siqnallar və ya qadağan edilən xüsusi işıqlardan istifadə edən sürücülərə qarşı sərt cəzalar tədbir ediləcək. Belə ki, artıq həmin insanlar əvvəlkindən 10 dəfə artıq - təxminən 800 manata yaxın cərimə ödəməli olacaqlar.  Milli Məclis tərəfindən nəqliyyat vasitələrini qadağan edilmiş müxtəlif səs siqnalları və xüsusi işiqlarla idarə edən sürücülərin cəzalandırılmasının sərtləşdirilməsi təklifi nəhayət ki, qüvvəyə mindi. Millət vəkili,Çingiz Qənizadənin sözlərinə görə, əvvəllər bu cərimələr 80 manatdan 100 manata qədər idi. Lakin bu cərimələr də sürücülərə təsir etmədiyi üçün onlar artırılıb.
Cərimələrin artırılmasını müsbət hal kimi qiymətləndirən sakinlər qulaq batıran siqnallardan cana gəldiklərini bildirdilər. Ümid edək ki, cərimələrin artırılmasından sonra kimlərsə bu cür siqnallardan bir daha istifadə etməyəcəklər.
Sizin Reklam Yeriniz