Əlaqə Arxiv
news Image
2013.12.09
11:55
| A A A
Azərbaycanda provayderən yenilik
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) növbəti elektron xidmətini "Elektron Hökumət" portalına inteqrasiya edib. Nazirlikdən Movqe.az-a verilən xəbərə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "AzDataCom internet xidmətinə qoşulma üçün sifariş" adlı elektron xidməti "Elektron Hökumət" (www.e-gov.az) portalına inteqrasiya edilib. Bu xidmət vasitəsilə vətəndaş "AzDataCom" internet xidmətinə qoşulmaq üçün sifariş verə bilər.Xidmətdən yararlanmaq üçün istifadəçi "Elektron Hökumət" portalına giriş etdikdən sonra RİTN-in sözügedən elektron xidmətinə daxil olmalıdır. Daha sonra telefon nömrəsini tələb olunan xanaya yazaraq açılan səhifədə xidmət növünü (kb/s) seçməklə "AzDataCom" internet xidmətinə qoşulmaq üçün sifariş verə biləcək. Qeyd edək ki, sifariş qəbul edildikdən sonra istifadəçi ilə telefon vasitəsilə əlaqə saxlanılır.
Sizin Reklam Yeriniz