Əlaqə Arxiv
news Image
2013.12.09
13:06
| A A A
Yeni il ərəfərsi reydlərə başlanılacaq
Yolçu Xanvəli: "Bəzən yol kənarında baytarlıq sanitariya qaydalarına əməl olunmadan diri quşların satışı təşkil olunur" Kənd Təssərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti (DBX)Yeni il ərəfəsi ev quşlarının açıq satışının qarşısını almaq məqsədilə reydlərə başlayacaq. Bu məlumatı Movqe.az-a DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli verib. Y. Xanvəli bildirib ki, il ərzində bu cür nəzarət tədbirləri aparılsa da, Yeni ilin gəlişi ilə əlaqədar reydlər təşkil olunacaq: "Yeni il öncəsi paytaxta rayonlardan da diri şəkildə ev quşları gətirilərək satılır. Bəzən yol kənarında baytarlıq sanitariya qaydalarına əməl olunmadan diri quşların satışı təşkil olunur. Belə hallara qarşı mübarizə aparmaq üçün Yeni il ərəfəsi reydlər təşkil olunacaq". 

Qeyd edək ki, diri ev quşlarının açıq şəkildə satışı 2006-cı ildən etibarən "Quş qripi"nə qarşı mübarizə tədbirləri çərçivəsində qadağan edilib.  

Sizin Reklam Yeriniz