Əlaqə Arxiv
news Image
2013.12.12
19:45
| A A A
"Yanukoviç etirazçıların tələbi ilə razılaşdı"

Ukrayna prezidenti Viktor Yanukoviç Avropa Birliyi ilə assosiasiya razılaşmasını imzalamaq niyyətindədir.

vqe.az-ın məlumatına görə,bunu Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton jurnalistlərə açıqlamasında deyib.

"Viktor Yanukoviç mənimlə söhbətində bu razılaşmanı imzalamaq niyyətində olduğunu açıq-aşkar bildirdi", - deyə xanım Eşton açıqlayıb.

Lakin Eşton bunun nə vaxt baş verə biləcəyi barədə məlumat verməyib.

Ali komissar Brüsseldə ötən aydan bəri Kiyevdə etiraz aksiyası keçirən avrointeqrasiya tərəfdarları ilə görüşündən sonra bu bəyanatla çıxış edib.

Sizin Reklam Yeriniz