Əlaqə Arxiv
news Image
2013.12.16
16:52
| A A A
Azərbaycanda bu ilin on bir ayı ərzində 8115 yanğın hadisəsi qeydə alınıb
Bu ilin on bir ayı ərzində respublika üzrə 8115 yanğın hadisəsi qeydə alınıb.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Fövqəladə Hallar Nazirliyində (FHN) qurumun yaranmasının 8-ci ildönümü münasibətilə keçirilən tədbirdə nazir, general-polkovnik Kəmaləddin Heydərov deyib.

 

K. Heydərov, hər gün orta hesabla 24 yanğın hadisəsinə çıxış olduğunu qeyd edib. Nazir bildirib ki, Xəzər dənizindəki Bulla-dəniz yatağında baş vermiş yanğının aradan qaldırılması zamanı şəxsi heyət tərəfindən fədakarlıq nümayiş etdirilib.

 

Nazirin sözlərinə görə, yanğın hadisələri zamanı 5-i uşaq olmaqla 38 nəfərin həyatı xilas edilib.

Sizin Reklam Yeriniz